AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Hakimlər Komitəsinin sədri Fritz Stuxlik beynəlxalq oyuna təyinat alıb. Matc.az xəbər verir ki, onlar Avropa Liqasının qrup mərhələsi oyununda iş başında olacaqlar.

Belə ki, "Krasnodar" (Rusiya) – "Bazel" (İsveçrə) qarşılaşmasının UEFA nümayəndəsi Mehtiyeva, hakim-inspektoru isə Stuxlik olacaq.

Qeyd edək ki, sözügedən görüş noyabrın 28-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest