"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri "Düdelanj"la APOEL arasındakı oyunun yeri dəyişdirilə bilər. Lüksemburq təmsilçisi növbəti tur qarşılaşmasını öz stadionunda keçirməmə təhlükəsi ilə üzləşib.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri "Düdelanj"la APOEL arasındakı oyunun yeri dəyişdirilə bilər. Matc.az saytının Lüksemburq mətbuatına istinadən məlumatına görə, Lüksemburq təmsilçisi növbəti tur qarşılaşmasını öz stadionunda keçirməmə təhlükəsi ilə üzləşib.

Buna səbəb "Jozi Bartel" stadionunun ot örtüyünün yararsız vəziyyətdə olmasıdı. UEFA bununla bağlı kluba ultimatum göndərib. Ot örtüyünü dəyişdirmək "Düdelanj"a 150 min dollara başa gələcək. Amma bu məbləğ onlar üçün çox böyük sayılır. Klub prezidenti Romen Şumaxer UEFA nümayəndələri ilə danışıqlar aparmağa çalışdığını bildirib. O, təbii otu 50 min avro dəyərində olan süni örtüklə əvəzləməyi təklif edib.

Bildirilir ki, "Düdelanj" Avropa Liqasının iki oyununda "Qarabağ" (1:4) və "Sevilya"nı (2:5) bu yararsız arenada qəbul edib. Hətta Lüksemburq yığmasının noyabrın 17-də Portuqaliya ilə keçirdiyi matçdan (0:2) sonra rəqibin kapitanı Kriştianu Ronaldo "Jozi Bartel"i "kartof sahəsi" adlandırmışdı.

Maraqlıdı ki, "Düdelanj" - APOEL qarşılaşmasının ölkədən kənarda da keçirilə bilər. Hər halda bu, klub prezidentinin B planıdı. Əgər ot örtüyü ilə bağlı problem yoluna qoyulmasa, oyun Kayzerslautern və ya Metsdə baş tutma ehtimalı yaranacaq.

Qeyd edək ki, "Düdelanj" - APOEL oyunu noyabrın 28-də keçiriləcək. Həmin gün "Qarabağ" "Sevilya"nın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest