Azərbaycan Premyer Liqasının XII turunda "Sabah"ı qəbul edəcək "Səbail" oyunun hazırlıqlarını davam etdirir. Matc.az saytı xəbər verir ki, Aftandil Hacıyev sabahkı görüşdə bir neçə futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Komandanın aparıcı hücumçusu Ağabala Ramazanov sarı vərəqə limitini doldurduğu üçün oyunu buraxacaqsa, 3 oyunçu zədədən əziyyət çəkir. Bunlar müdafiəçi İqor Korotetski, yarımmüdafiəçi Maykl Essyen və hücumçu Mirabdulla Abbasovdu. Xüsusən də, ön xətt oyunçularının yoxluğu çalışdırıcını narahat edir.

Qeyd edək ki, "ASCO Arena"da keçiriləcək "Səbail" - "Sabah" matçı saat 15:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest