Azərbaycan Premyer Liqasında XII tur davam edir. Matc.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
"Səbail" "ASCO Arena"da "Sabah"la münasibətlərinə aydınlıq gətirib. Aşağı pillələrdən qurtulmaq baxımından hər iki komanda üçün görüş çox vacib idi. İlk hissəsi qolsuz bərabərliklə nəticələnən matçın taleyinə son 15 dəqiqədə aydınlıq gəlib. Əvvəlcə "Səbail" avtoqol sayəsində hesabı açıb.
Ancaq qonaqlar nəinki məğlubiyyətdən qurtula bilib, hətta qələbə də qazanmağa nail olub. Əvvəlcə Ulisse Diallo 3 dəqiqə ərzində dubl edərək, "Sabah"ı önə keçirib. Son saniyələrdə isə Hendrik Ekşteyn yekun nəticəni müəyyənləşdirib. Beləliklə, "Sabah" 3 xalı 3 qolla əldə edib.
Qeyd edək ki, ilk dövrədə "Sabah" 3:0 hesabıyla qalib gəlmişdi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 18. Aqşin Qurbanlı, 13. Şəhriyar Rəhimov, 32. Elvin Yunuszadə, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
"Sabah": 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 19. Təmkin Xəlilzadə, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 27. Hendrik Ekşteyn, 21. Rocer Roxas, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 7. Coşqun Diniyev, 13. Filip İvanoviç, 9. Ulise Diallo, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov
Məşqçi: Ramin Quliyev