""Heyətdə bəzi problemlərimiz var. Hücumçular Ağabala Ramazanov və Mirabdulla Abbasov zədəlidi. Son məğlubiyyətin ardından az oynayanlara şans verdik. İkinci dövrə bizim üçün çətin oldu. İlk dövrə yaxşı keçirdi"
"Bu günkü matç maraq doğururdu. İki komanda da turnir cədvəlində vəziyyəti yaxşılaşdırmaq istəyirdi. Həm qol epizodları, həm də qollar çox oldu". Matc.az saytının məlumatına görə bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XII turunda "Sabah"a məğlub olduqları (1:3) oyundan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, komandada rəqabət istənilən səviyyədə deyil: "Heyətdə bəzi problemlərimiz var. Hücumçular Ağabala Ramazanov və Mirabdulla Abbasov zədəlidi. Son məğlubiyyətin ardından az oynayanlara şans verdik. İkinci dövrə bizim üçün çətin oldu. İlk dövrə yaxşı keçirdi. çalışacağıq ki, vəziyyəti yaxşılaşdıraq. Qış vasiləsində rəhbərliyin qərarlarından çox şey asılıdı. İddialı olacağıqsa, heyət güclənməlidi. Şəhriyar Rəhimov yığmada iki oyun, 90 dəqiqə meydanda oldu. çox yorğun idi. Digər mövqelərə baxanda müdafiədə rəqabət var".
Hacıyev oyunun qırılma anının Adil Nağıyevin qırmızı vərəqə alması olduğunu vurğulayıb: "Təcrübəli futbolçular belə anlarda daha yaxşı çıxış etməlidi. Komandada bu çatışmır. çünki gənc oyunçular çoxdu".