"Bu uşaqlarla davam edəcəyik. Çalışacağıq komandanı gücləndirək. Hazırkı heyətdən tam razıyam, onlara iradım çox deyil. Qışda rəhbərliklə danışacağıq. İmkan daxilində çalışacağıq heyəti gücləndirək. Kimisə göndərmək ehtimalı barədə düşünmürəm"

"Uşaqlar oyuna yaxşı başladılar. Necə hazırlaşmışdıqsa, o cür də start götürdük". Matc.az saytı xəbər verir ki, bu sözlər "Zirə"nin baş məşqçisi Zaur Həşimova məxsusdu.
 
Azərbaycan Premyer Liqasının XII turunda "Keşlə"ni qəbul edən qəsəbə təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Həşimovun qalibiyyət şərhi belə olub: "Qollardan sonra da epizodlarımız oldu. Hesab məni qane edir. Oyunçuların istəklərindən razı qaldım. Bunun da nəticəsində qələbə qazandıq".
 
- "Keşlə"də yığmadan qayıdanların vəziyyəti pis deyildi. Sizdə isə əksinə oldu. Fərq nədədi?
- Əslində, rəqibin heyətində Vüsal gözümə pis dəymədi. Biz Elvinlə Cavidə daha çox istirahət vermişdik. Bəlkə də, üstünlüyümüz bunda oldu.
 
- Birdən-birə sırf iki hücumçunu meydana buraxmaqla riskə getmişdiniz, yoxsa rəqibin üslubuna uyğun addım atmışdınız?
- Mfo yorğun idi, yığmadan qayıdıb. Amma yorğun olmasaydı belə, Xulio zədədən qayıdıb, yaxşı durumda idi. İstənilən halda iki hücumçu ilə oynayacaqdıq.
 
- Qış fasiləsində heyətdə dəyişiklik olacaqmı?
- Bu uşaqlarla davam edəcəyik. çalışacağıq komandanı gücləndirək. Hazırkı heyətdən tam razıyam, onlara iradım çox deyil. Qışda rəhbərliklə danışacağıq. İmkan daxilində çalışacağıq heyəti gücləndirək. Kimisə göndərmək ehtimalı barədə düşünmürəm.
 
- Nicat Süleymanova "qardaş" deyə səslənirdiz. Bizdə baş məşqçilər adətən kobud ifadələr işlədirlər. Bu münasibət sizə mane olmayacaq?
- Kobudluq mənə xas xüsusiyyət deyil. Hərdən qardaş kimi danlayırıq, balans qurmağa çalışırıq.
 
- çempionatda ilk qələbəniz idi. Bu, necə hissdi?
- Qələbə hər zaman sevindiricidi. Bundan əvvəlki iki heç-heçə də qələbəyə bərabər idi. Eyni hissləri yaşadım. Uşaqlar göstərdilər ki, komandanın potensialı əvvəlki nəticə kimi deyil.
 
- Seçim olsaydı, hədiyyəni kimə verərdiniz?
- Skarlatake və Cavidə verərdim.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest