Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb. XII turun 4 oyununda qapılara 16 top vurulub. Bütün komandaların qol sevinci yaşadığı turda "Neftçi" "Qəbələ"ni 4:1, "Sabah" "Səbail"i, "Zirə" "Keşlə"ni eyni - 3:1, "Sumqayıt" "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb. Matc.az xəbər verir ki, XII turun 4 oyununda qapılara 16 top vurulub.

Bütün komandaların qol sevinci yaşadığı turda "Neftçi" "Qəbələ"ni 4:1, "Sabah" "Səbail"i, "Zirə" "Keşlə"ni eyni – 3:1, "Sumqayıt" "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. Orta məhsuldarlıq 4-ə bərabər olub. Bunadək mövsümün rekordu IX tura təsadüf etmişdi. 14 qolun vurulduğu vaxt orta göstərici 3,50-yə bərabər idi.

Sonuncu dəfə bu rəqəmin 4 və ya daha yüksək olması ötən mövsümün XXIII turunda qeydə alınıb. Həmin vaxt 16 qol vurulub, məhsuldarlıq 4-ə bərabər olub. ötən mövsümkü mütləq rekord isə XI tura məxsusdu – 17 qol (4,25).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest