Premyer Liqanın XII turunun "Sumqayıt" – "Qarabağ" (2:1) oyunu meydan sahiblərinin kapitanı Vurğun Hüseynov üçün əlamətdar olub. Matc.az xəbər verir ki, təcrübəli müdafiəçi 2013-cü ildən şərəfini qoruduğu komandanın heyətində 159-cu çempionat matçına çıxıb.

O, bu müddətdə cəmi 1 qol vurub. Vurğun "Sumqayıt"ın tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Müdafiəçi sabiq komanda yoldaşı Bəxtiyar Həsənalızadənin 158 oyunluq rekordunu arxada qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest