"Məncə, ilk hissədə qol vurmağıma baxmayaraq, fasilədən sonra daha yaxşı oynadım. Uzaq küncü görüb dəqiq nişan aldım və qol sevincimi İsmayılla bölüşdüm. Qalib gəlib yenidən ikinci pilləyə yüksəldiyimizə görə şadam".

"Yenidən start heyətində yer aldığıma görə çox xoşbəxtəm". Matc.az saytı xəbər verir ki, bunu "Neftçi"nin müdafiəçisi ömər Buludov deyib.

Cinah oyunçusu klubun rəsmi saytına açıqlamasında Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ" üzərində 4:1 hesablı qələbəni dəyərləndirib.

Qarşılaşmada 1 qolun müəllifi olan Buludov sevincini gizlətməyib: "Məncə, ilk hissədə qol vurmağıma baxmayaraq, fasilədən sonra daha yaxşı oynadım. Uzaq küncü görüb dəqiq nişan aldım və qol sevincimi İsmayılla bölüşdüm. Qalib gəlib yenidən ikinci pilləyə yüksəldiyimizə görə şadam. Məqsədimiz qarşıdakı oyunlarda maksimum xal toplamaqdı. İnanıram ki, daha da istəklə və əzmkarlıqla buna nail ola bilərik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest