"Düdelanj"la öz meydanımızdakı oyunda favorit idik, məğlub olduq. Bunu səfərdə göstərməliyik". Matc.az saytının məlumatına görə, bunu APOEL-in yarımmüdafiəçisi Tomas De Vinsenti deyib.
Argentinalı futbolçu Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Düdelanj"la keçiriləcək səfər oyunu öncəsi Kipr mətbuatına danışıb. O, Lüksemburqa qələbə dalınca gedəcəklərini bildirib.
30 yaşlı oyunçu qrup ikinciliyinə layiq olduqlarını düşünür: "Qələbə sayəsində növbəti mərhələyə yaxınlaşacağıq. Hədəfimiz həmişə qrupdan çıxmaq olub. Qələbə qazanacağıq. ümid edirəm ki, "GSP Arena"dakı məğlubiyyətdən dərs aldıq. Bu, milyonda bir dəfə olan hadisədi. Necə olur-olsun, bu dəfə qalib gəlməliyik. Başqa yolumuz yoxdu. Qrup mərhələsi başlayandan bizə əsas rəqib kimi "Qarabağ" göstərilir. "Qarabağ"dan güclü olduğumuzu bilirdik və bunu sübut etdik. "Sevilya" ilə mübarizə aparmaq çətindi. Amma "Düdelanj"la görüşdə məsuliyyəti üzərimizə götürməliyik".
Qeyd edək ki, "Düdelanj" - APOEL matçı noyabrın 28-də keçiriləcək. Həmin gün "Qarabağ" İspaniyada "Sevilya"nın qonağı olacaq.