Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək "Sevilya" qarşılaşmanın hazırlığına başlayıb. La Liqada "Valyadolid"lə səfər matçından sonra komanda dünəndən Sevilyada məşqlərə başlayıb.
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək "Sevilya" qarşılaşmanın hazırlığına başlayıb. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, La Liqada "Valyadolid"lə səfər matçından sonra komanda dünəndən Sevilyada məşqlərə başlayıb.
"Valyadolid"lə oyunda iştirak edən futbolçular ilk məşq gününü idman zalında keçiriblər. Baş məşqçi Xulen Lopeteqi ehtiyat qüvvə ilə toplu məşqlər edib. çalışdırıcının "Qarabağ"la matçda məhz həmin oyunçuların xidmətindən yararlanacağı bildirilir. Əndəlüs təmsilçisi bu gün və sabah da bir məşqlə kifayətlənəcək.
Qeyd edək ki, noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda baş tutacaq "Sevilya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.