"Çətin oyun olacağını bilirik. "Sevilya" çox güclüdü və ümumiyyətlə, öz meydanında rəqibi bağışlamır. Üstəlik, digər oyunda APOEL "Düdelanj"a qalib gəlsə və biz "Sevilya"ya məğlub olsaq, hər şey bitəcək. Ən azı 1 xal üçün çalışmalıyıq".
"Sevilya"nı hamı tanıyır. "Ramon Sançes Pisxuan"da oynadığım üçün şanslıyam. Burda həmişə xüsusi olur. çox gözəl, inanılmaz stadiondu". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Miçel deyib.
Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində noyabrın 28-də "Sevilya"nın qonağı olacaq.
ölkəsinin mətbuatına açıqlama verən Miçel İspaniya klubuna qarşı oynamağın xüsusi olduğunu söyləyib. O, rəqibin gücünə baxmayaraq, xalla ayrılmaq məcburiyyətində olduqlarını da əlavə edib: "çətin oyun olacağını bilirik. "Sevilya" çox güclüdü və ümumiyyətlə, öz meydanında rəqibi bağışlamır. üstəlik, digər oyunda APOEL "Düdelanj"a qalib gəlsə və biz "Sevilya"ya məğlub olsaq, hər şey bitəcək. Ən azı 1 xal üçün çalışmalıyıq. Uğurlu oyun keçirəcəyimizə və növbəti mərhələ şanslarını davam etdirəcək şəkildə Sevilyanı tərk edəcəyimizə inanırıq".
Qeyd edək ki, "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.