"Növbəti mərhələ şansımızı davam etdirmək üçün mütləq xal qazanmalıyıq. Əlbəttə, çox çətin olacağını bilirik. "Sevilya" əla komandadı. Lopeteqinin gəlişi onlar üçün uğurlu alındı"
"Sevilya"nın heyətində Franko Vaskesi çox bəyənirəm. Əla futbolçudu və cari mövsümü yüksək səviyyədə keçirir". Matc.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana deyib.
32 yaşlı futbolçu ölkəsi İspaniya mətbuatına açıqlamasında Avropa Liqasının qrup mərhələsində "Sevilya" ilə keçiriləcək oyunu dəyərləndirib.
Kintana Sevilyada xal qazanmağın vacibliyini vurğulayıb: "Növbəti mərhələ şansımızı davam etdirmək üçün mütləq xal qazanmalıyıq. Əlbəttə, çox çətin olacağını bilirik. "Sevilya" əla komandadı. Lopeteqinin gəlişi onlar üçün uğurlu alındı. Bütün xətlərdə balanslaşdırılmış, geniş bir şablonları var. Bundan başqa, Avropa Liqası turnirinin "Sevilya" ilə xüsusi əlaqəsi var. Mənə görə, onlar bu turnirin favoritidi".
2015-ci ildən "Qarabağ"da çıxış edən oyunçu yaxşı formada olmadıqlarını da etiraf edib: "Sevilya" kimi buyük rəqibə qarşı oynamağın motivasiyası fərqli olur. Əlbəttə ki, həyəcanlıyıq. Ən yaxşı vəziyyətdə deyilik, çünki son vaxtlar mənfi nəticələrimiz var. Ancaq komandanın meydana əzmlə çıxacağına əminəm. Avropa Liqası başqa turnirdi və "Ramon Sançez Pisxuan"da oynamaq bunu xüsusi hala gətirir".
Qeyd edək ki, noyabrın 28-də keçiriləcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.