Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la qarşılaşacaq "Sevilya" oyunun hazırlıqlarını davam etdirir. Əndəlüs təmsilçisi heyətinə bir neçə gənc oyunçu da cəlb edib. Xose Mariya Amo, Felipe Çakarteqi və Cenaro əvəzedici heyətdən əsas komandaya yüksəlib.

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la qarşılaşacaq "Sevilya" oyunun hazırlıqlarını davam etdirir. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, əndəlüs təmsilçisi heyətinə bir neçə gənc oyunçu da cəlb edib.

Belə ki, Xose Mariya Amo, Felipe çakarteqi və Cenaro əvəzedici heyətdən əsas komandaya yüksəlib. Onların "Qarabağ"la matçda meydana çıxması gözlənilir. Bugünkü məşqi əsas heyət üzvlərindən Xesus Navas, Serxio Requlyon və Lus de Yonq buraxıb.

Baş məşqçi Xulen Lopeteqinin həmçinin La Liqanın ötən turunda "Valyadolid"lə keçirilən qarşılaşmada ehtiyatda olan Bono, Aleks Pozo, Nemanya Qudeli, çiçarito, Munas Dabbur və Roni Lopes kimi oyunçulara şans verməsi gözlənilir.

Qeyd edək ki, "Sevilya" - "Qarabağ" görüşü noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest