Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Sevilya"nın qonağı olacaq "Qarabağ" artıq İspaniyadadı. Matc.az xəbər verir ki, saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan çarter reysi ilə Sevilyaya yollanan Ağdam təmsilçisi 6,5 saatlıq uçuşdan sonra bir qədər əvvəl mənzil başına çatıb.
 
Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 21:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, bundan 20 dəqiqə sonra isə komandanın açıq məşqi olacaq.
 
Noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçına saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest