"Sevilya" üçün bu turnirin önəmini başa düşürük. Komanda 5 dəfə finalda iştirak edib və hamısında qalib gəlib. Bütün mövsüm boyu yüksək motivasiyanı qorumaq lazımdı. Amma addım-addım irəliləməliyik. İndi yalnız növbəti oyunu düşünürük".

"Sevilya" bu turniri 5 dəfə qazanıb. Bu səbəbdən Avropa Liqası ilə bağlı hisslərimiz xüsusidi". Matc.az saytının məlumatına görə, bunu "Sevilya"nın hücumçusu Luk de Yonq deyib.

Hollandiyalı forvard Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"la keçiriləcək oyunöncəsi İspaniya mətbuatına açıqlama verib.

De Yonq hədəflərinin Avropa Liqasını 6-cı dəfə qazanmaq olduğunu söyləyib: "Sevilya" üçün bu turnirin önəmini başa düşürük. Komanda 5 dəfə finalda iştirak edib və hamısında qalib gəlib. Bütün mövsüm boyu yüksək motivasiyanı qorumaq lazımdı. Amma addım-addım irəliləməliyik. İndi yalnız növbəti oyunu düşünürük. Belə edərək oyunlara köklənsək, düşünürəm ki, yenidən turnirin qalibi ola bilərik. Mümkün qədər çox matçda qalib gəlmək istəyirik. Hər oyuna qələbə arzusu ilə çıxırıq".

Qeyd edək ki, sabah "Ramon Sançes Pisxuan"da keçiriləcək "Sevilya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest