"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasında XII turun rəmzi komandası müəyyənləşib. Matc.az saytının məlumatına görə, yenə ilk dəfə simvolik komandaya düşən oyunçular var.
Bunlar "Sabah"ın 3 üzvü Saşa Stamenkoviç, Kərim Diniyev, Ulise Diallo və "Neftçi"nin müdafiəçisi ömər Buludovdu.
Həmçinin turun ən yaxşı futbolçusu da məlum olub. Bu ada 336 göstərici ilə "Səbail"in oyunçusu Turan Manafov layiq görülüb. Gənc futbolçu "Sabah"a qarşı görüşdə (1:3) 90 dəqiqə meydanda olub və açar ötürmə ilə yadda qalıb.
Qapıçı: Saşa Stamenkoviç – 268 ("Sabah")
Müdafiəçilər: Məqsəd İsayev - 238 ("Sabah")-2, Adrian Skarlatake – 269 ("Zirə")-2, Kərim Diniyev - 288 ("Sabah"), ömər Buludov - 294 ("Neftçi")
Yarımmüdafiəçilər: Turan Manafov – 336 ("Səbail")-2, Soni Mistivar - 319 ("Neftçi")-2, Hendrik Ekşteyn - 314 ("Sabah")-2, Xayme Romero – 261 ("Qarabağ")-2
Hücumçular: Ulise Diallo - 309 ("Sabah"), Xulio Sezar Rodriqez - 317 ("Zirə")-3
Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm "InStat" indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdı.