"Oyunu səbirsizliklə gözləyirik. 3 xal qazanmaq çox vacibdi". Bunu "Sevilya"sının futbolçusu Alexandro Pozo deyib. O, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyunöncəsi mətbuat konfransında iştirak edib.

"Oyunu səbirsizliklə gözləyirik. 3 xal qazanmaq çox vacibdi". Matc.az xəbər verir ki, bunu "Sevilya"sının futbolçusu Alexandro Pozo deyib.

O, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyunöncəsi mətbuat konfransında iştirak edib. 20 yaşlı yarımmüdafiəçi baş məşqçi Xulen Lopeteqinin inkişafında xüsusi rola malik olduğunu bildirib: "Onunla eyni klubda olmaq fəxrdi. Lopeteqinin öyrətdiklərini tətbiq etməyə çalışıram. ümid edirəm ki, uzun illər onun rəhbərliyi altında oynayaram".

Gənc oyunçu sabahkı qarşılaşmada iştirak edəcəyinə inanır: "Meydanda olmağı çox istəyirəm. Az oyun şansı əldə edənlər sabahkı matça daha böyük ümidlə baxırlar".

Qeyd edək ki, sabah "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 00:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest