Milli komandamızın və "Neftçi"nin sabiq oyunçusu Elşən Qəmbərov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və məşqçi Ağasəlim Mircavadovu tənqid edib. Matc.az xəbər verir ki, hazırda ABŞ-da yaşayan və "Bridgeview Soccer Academy" məktəbi açan 47 yaşlı veteran futbolçu ABŞ-da yaşayan tanınmış jurnalist Aynur Talıbovanın "Youtube" kanalına müsahibə verib. 
O, ABŞ-a yeni gələrkən fəhlə işlədiyini, mebel, pianino kimi avadanlıqları liftsiz binalarda yüksək mərtəbələrə qaldırdığını deyib. Qəmbərov Azərbaycandan ayrılma səbəbini də açıqlayıb: "Neftçi"də oynayanda 40 min dollarımı vermədilər. Səbəb də o idi ki, formanı yerə atmışdım. Amma ədalətsizlik var idi deyə, elə etmişdim. Məndən sonra da formanı atanlar oldu, heç onlara cəza vermədilər. O vaxt klubun icraçı direktoru Ramin Musayev, baş məşqçi isə Ağasəlim Mircavadov idi. Mənə qarşı haqsızlıq etdilər. Ancaq gəldim burda özümü sübut etdim, futbol məktəbi açdım. Onlar mənim vəziyyətimdə olsaydılar, belə edə bilərdilər? İki həyat ömür sürsələr də, edə bilməzlər".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest