Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Matc.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi "Qarabağ" da sonuncu matçına çıxıb.
 
Ağdam klubu doğma meydanda Lüksemburq təmsilçisi "Düdelanj"la qarşılaşıb. Qurban Qurbanovun çalışdırdığı kollektiv bu rəqibinə səfərdə 4:1 hesabıyla qalib gəlmişdi. Azərbaycan çempionu qrup mərhələsini üçüncü pillədə başa vurmaq üçün bu rəqibinə doğma meydanda da qalib gəlməyə borclu idi. Amma təmsilçimiz bu oyunda gözlənilən oyunu sərgiləyə bilməyib. İkinci hissə başlayan kimi azlıqda qalan "Qarabağ" məğlubiyyətdən son anda xilas olub.
 
A qrupunun digər oyununda isə artıq pley-offa vəsiqəni təmin etmiş İspaniyanın "Sevilya" və Kiprin APOEL klubu üz-üzə gəlib. Kiprlilər doğma meydanda minimal hesabla üstün olublar - 1:0.
 
Avropa Liqası
A qrupu
12 dekabr
 
Qarabağ - Düdelanj 1:1
Qol: M.Qeye, 90+1 - S.Buqren, 63.
Qırmızı vərəqə: Q.Qarayev, 46 (ikinci sarı).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.. Hakimlər: Kristo Tohver, Silver Koiv, Sten Klaasen, Yuri Frişer (hamısı Estoniya).
 
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Asmir Beqoviç, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 20. Riçard Almeyda, 23. Faysal Rerras, 71. Tural Bayramov, 99. Maqaye Geye.
Baş məşqçi: Qurban Qurbanov.
Düdelanj: 1. Conatan Juber (k), 4. Kobe Kools, 5. Tom Şnell, 10. Dominik Ştolz, 16. Tibo Leskua, 20. Mişel Qaros, 22. Antuan Bernye, 27. Adel Bettaeb, 28. Şarl Morren, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren.
Ehtiyat oyunçular: 30. Tim Kips, 8. Mario Pokar, 13. Omar Natami, 15. Rikardo Delqado, 23. Rayan Klapp, 24. Mehdi Kirx, 98. Loren Mendi.
Məşqçi: Lehit Zeqdane.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest