"Nikosiyada 4:3 hesablı qələbə qazanaraq, turnirə əla başlanğıc etdik. Bunu evdəki görüşdə də təkrarlaya bilərdik. Avropa Liqasında "Milan", "Betis", "Olimpiakos", "Sevilya" kimi böyük rəqiblərlə qarşılaşmışıq".

"Nikosiyada 4:3 hesablı qələbə qazanaraq, turnirə əla başlanğıc etdik. Bunu evdəki görüşdə də təkrarlaya bilərdik. Avropa Liqasında "Milan", "Betis", "Olimpiakos", "Sevilya" kimi böyük rəqiblərlə qarşılaşmışıq". Matc.az saytının məlumatına görə, bunu "Düdelanj"ın yarımmüdafiəçisi Dominik Stolz deyib.

Almaniyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"la keçiriləcək oyunu dəyərləndirib. 29 yaşlı oyunçu yerli mətbuata açıqlamasında xal qazanmaq istədiklərini bildirib: "Bakıya uzun səyahət faydalı olmalıdı. Qələbə kluba yaxşı pul qazandırar".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:55-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest