Avropa Liqasında (AL) 1/16 final mərhələsinin püşkü atılıb. Matc.az saytının məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında təşkil olunub.
Avropa Liqasının qruplarında ilk 2 yeri tutmuş komandalar, eləcə də çempionlar Liqasından gələn klublar iki səbətə bölünüb. Səpələnmişlər səbətində AL-in 12 qrupunun qalibləri, həmçinin çL-də qrup üçüncüsü olanlardan ən yüksək reytinqli 4 klub yer alıb.
"Qarabağ"ın yer aldığı qrupdan çıxan komandalardan "Sevilya" çFR-lə, APOEL isə "Bazel"lə qarşılaşacaq.
Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi "Başakşəhər" "Sportinq"ə rəqib olub.
1/16 final mərhələsinin cütləri:
"Vulverhempton" (İngiltərə) - "Espanyol" (İspaniya)
"Sportinq" (Portuqaliya) - "Başakşəhər" (Türkiyə)
"Xetafe" (İspaniya) - "Ayaks" (Hollandiya)
"Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)
"Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya)
APOEL (Kipr) - "Bazel" (İsveçrə)
çFR (Rumıniya) - "Sevilya" (İspaniya)
"Olimpiakos" (Yunanıstan) - "Arsenal" (İngiltərə)
"Alkmar" (Hollandiya) - LASK (Avstriya)
"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
"Lüdoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya)
"Ayntraxt" (Almaniya) - "Zalsburq" (Avstriya)
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya)
"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç)
"Roma" (İtaliya) - "Gent" (Belçika)
"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)
Qeyd edək ki, ilk oyunlar fevralın 20-də, cavab görüşləri 27-də keçiriləcək.