İspaniya La Liqasının X turundan təxirə salınmış "Barselona" - "Real" oyunundan sonra qalmaqal yaşanıb. Azarkeşlərlə polislər arasında iğtişaş olub. Nəticədə 46 nəfər yaralanıb. Gərginlik Kataloniyanın müstəqillik istəyi ilə bağlı baş verib.
İspaniya La Liqasının X turundan təxirə salınmış "Barselona" - "Real" oyunundan sonra qalmaqal yaşanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, azarkeşlərlə polislər arasında iğtişaş olub.
Nəticədə 46 nəfər yaralanıb. Gərginlik Kataloniyanın müstəqillik istəyi ilə bağlı baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları rezin güllələrdən istifadə ediblər. "Nou Kamp" yaxınlığındakı bir tibb mərkəzinə 8 nəfər ağır vəziyyətdə aparılıb. Hətta çəkiliş aparan bir jurnalist də yaralanıb. Rezin güllə onun ayağına dəysə də, jurnalist işini davam etdirə bilib.
Qeyd edək ki, "El Klasiko" qolsuz bərabərliklə yekunlaşıb.