Kiyev "Dinamo"sunun sabiq futbolçusu Nikolay Morozyukun həyat yoldaşı İrina Morozyuk həbs cəzası ilə üzləşib. Matc.az xəbər verir ki, buna səbəb İrinanın alt paltarında Ukrayna himnini səsləndirməsidir.

Bu haqda ukraynalı vəkil Yuri Yurçenko bildirib. Onun sözlərinə görə, dövlət rəmzlərindən istifadə edilirsə, bundan yalnız hörmətlə istifadə oluna bilər: "Heç bir laqeyd yanaşma, istehza yolverilməzdir. Bu, sui-istifadə - təhqiramiz münasibət, kobud istehza və ya laqeydlik nümayişidir. Ukrayna Cinayət Məcəlləsinin 338-ci maddəsinə əsasən dövlət rəmzlərindən sui-istifadə 6 aya qədər həbs cəzası ilə cəzalandırılır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest