25 Fevral 2020, 19:05
AVROPA LİQASI
Futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "İnter" – "Ludoqorets" matçı azarkeşsiz oynanılacaq.
Matc.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda, fevralın 27-də, İtaliyada keçiriləcək "İnter"lə matçın koronavirus təhlükəsi səbəbiylə azarkeşsiz oynanılacağı bildirilib.
"İnter" ilk oyunda səfərdə 2:0 hesabıyla məğlub etdiyi "Ludoqorets"lə fevralın 27-də, "Cüzeppe Meatsa"da qarşılaşacaq.