Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətdə gənc futbolçuların idman formasını qoruyub saxlaya bilməsi üçün AFFA tərəfindən üç səviyyədə - başlanğıc, orta və üst - idman poqramı hazırlanıb
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətdə gənc futbolçuların idman formasını qoruyub saxlaya bilməsi üçün AFFA tərəfindən üç səviyyədə – başlanğıc, orta və üst – idman poqramı hazırlanıb.
Matc.az xəbər verir ki, Belqrad Universitetinin idman elmi üzrə professoru, həmçinin AFFA-da gənc milli komandaların fiziki təlim üzrə layihə rəhbəri Vladimir Vardakoviç proqramla bağlı bunları söyləyib:
"COVİD-19-la bağlı yaranmış situasiya gözlənilməz və insan həyatı üçün təhlükəli olması ilə yanaşı, atletlər üçün də çətinliklər yaradır. Məşqlərin dayandırılması və passivlik idmançıların gələcək inkişafına çox pis təsiredə bilər və bu, xüsusilə, gənc idmançılara aiddir. Bunu nəzərə alaraq, ev şəraitində idman formasını qorumaq üçün məşq proqramları hazırlamışıq. Bu məşq proqramları çeviklik, cəldlik, koordinasiya, balans, zədələrin qarşısının alınması kimi futbolçular üçün ən vacib fiziki göstəricilər üzrə hazırlanıb. İdmançıların yaş və fiziki imkanlarını nəzərə alaraq, üç idman proqramı hazırlamışıq – başlanğıc, orta və üst səviyyə.
Başlanğıc səviyyə 13 yaşadək futbolçular üçün hazırlanıb. Bu səviyyəni tamamlayan futbolçular orta səviyyə proqramına keçə və ya bir neçə hərəkətdən istifadə edə bilər. Orta və üst səviyyələr isə 19 yaşadək və daha böyük idmançılar üçündür. Biz bu futbolçulara başlanğıc səviyyəni 1-2 dəfə, orta səviyyəni 3-4 dəfə təkrar etdikdən sonra üst səviyyəyə keçməyi tövsiyə edirik. Videolarda təqdim edilən qaydalar və göstərişlərə riayət edin".
Proqramın başlanğıc səviyyəsini əks etdirən videoçarxı diqqətinizə çatdırırıq: