Futbol üzrə Estoniya çemponatında 8-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Tammeka" ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Novruzov da bu oyunun iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb.
 
Qeyd edək ki, "Narva Trans" 10 komandalı çempionatda 8 turdan sonra 2 xalla sonuncu pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest