Avropa Liqasında V turun oyunçusu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, UEFA-nın təqdim etdiyi 4 iddiaçı arasında azarkeşlər seçim aparıb.

Nəticədə "Beşiktaş"ın yarımmüdafiəçisi Cermeyn Lens hamını qabaqlayıb. "Sarpsborq"la matçda dubl edərək komandasına qələbə qazandıran (3:2) hollandiyalı futbolçu turun oyunçusu adına layiq görülüb.

Ən yaxşı adına namizədlər arasında "Qarabağ"la görüşdə iki qol vuran "Sportinq"in üzvü Brunu Fernandeş də olub. Həmçinin "çelsi"li Olivye Jiru, və "Milan"lı Hakan çalxanoğlu da rəqiblərdən olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest