Futbol üzrə Almaniya ikinci Bundesliqasının 32-ci turu çərçivəsində doğma meydanda "Boxum"la qarşılaşan "Ersgebirge" 1:2 hesablı məğlubiyyətlə üzləşib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun formasını geyindiyi Aue klubu bu məğlubiyyətə baxmayaraq, gələn mövsüm üçün də bu çempionatdakı yerini təmin edib.
 
Buna 16-cı sırada qərarlaşan "Karlsrue"nin hesabat turunda "Regensburq"a eyni hesabla məğlub olması səbəb olub. Nazarovun komandası sona iki tur qalmış rəqibindən 8 xal irəlidədir.
 
Yeri gəlmişkən, millimizin 30 yaşlı yarımmüdafiəçisi "Boxum"la qarşılaşmada zədələnib. O, görüşün 87-ci dəqiqəsində axilles dabanından zərbə alıb. Həmin zərbəni endirən Miloş Pantoviçə birbaşa qırmızı vərəqə göstərilib. Nazarovun özü isə 90+4-cü dəqiqədə əvəzlənib. Onun zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest