"Arsenal"ın forvardı Per-Emerik Obameyanq karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "İnter" qabonlu futbolçu ilə yaxından maraqlanır.

Milan klubu  Lautaro Martinesin komandadan ayrılacağı təqdirdə, Obameyanqı heyətə cəlb etməyi düşünür. 31 yaşlı futbolçu argentinalının alternativi kimi görülür.

Ancaq London təmsilçisi oyunçunu buraxmaq niyyətində deyil. Hətta "Arsenal"ın Obameyanqa illik 12 milyon avrodan 2023-cü ilə qədər yeni müqavilə təklif etdiyi bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest