“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Maykl Kerrikə mövcud vəziyyəti düzəltmək və vəzifəsini qoruyub saxlamaq imkanı verəcək. Matc.az xəbər verir ki, rəhbərlik komandanın nəticələrini yaxşılaşdırması üçün Kerrikə vaxt verməyi planlaşdırır.

Bu arada məşqlər əvvəlki qaydada davam edir.

Kerrik komandanı oktyabrın 31-də keçiriləcək Premyer Liqanın 9-cu turunun “Çelsi” ilə səfər oyununa hazırlayır. Klub son vaxtlar nümayiş etdirilən zəif oyundan sonra komandadan layiqli cavab gözləyir.

Hazırda Premyer Liqanın turnir cədvəlində 16-cı pillədə qərarlaşan “Mançester Yunayted” son səkkiz matçın heç birində qələbə qazana bilməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest