“Liverpul”a böyük hörmətim var, orada futbolçu kimi çıxış etdiyim dövrdə də onlara qarşı hər zaman yüksək ehtiram bəsləmişəm. Lakin indi fərqli roldayam. Öz komandamı dəstəkləməliyəm”
Bu gün İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək. Matc.az xəbər verir ki, əsas görüşlərdən biri “Çelsi” və “Liverpul” arasında olacaq.
Qarşılaşmadan öncə “Çelsi”nin baş məşqçisi Xabi Alonso komandasının vaxtilə şərəfini qoruduğu “Liverpul”a qol vuracağı təqdirdə sevinib-sevinməyəcəyi məsələsinə aydınlıq gətirib.
İspaniyalı mütəxəssis “Daily Mail” nəşrinə açıqlamasında “Liverpul”a hörmətini vurğulasa da, indiki rolunun fərqli olduğunu bildirib: “Əlbəttə, sevinəcəyəm - bu, dəqiqdir. “Liverpul”a böyük hörmətim var, orada futbolçu kimi çıxış etdiyim dövrdə də onlara qarşı hər zaman yüksək ehtiram bəsləmişəm. Lakin indi fərqli roldayam. Öz komandamı dəstəkləməliyəm”.
Alonso sözlərinə belə davam edib: “Mən öz klubumu dəstəkləməliyəm. Klubum uğrunda mübarizə aparıram və əgər qol vursaq, sevinəcəyəm - əlbəttə ki, tam hörmət çərçivəsində”.













