28 Oktyabr 2026, 08:43
FUTBOL
“Qarabağ” Abbas Hüseynovla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, 2017-ci ildən komandada çıxış edən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Abbas Hüseynov “Qarabağ”ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.













