"Mançester Siti"nin futbolçusu Serxio Aquero əməliyyat olunacaq. Matc.az xəbər verir ki, bu barədə futbolçunun atası Leonel del Kastilyo məlumat verib.

O Aqueronun dizindən zədə aldığını və tibbi müayinədən keçdikdən sonra əməliyyat olunacağını bildirib. Kastilyo oğlunun ötən dəfə olduğu kimi, yenə Barselonada əməliyyat ediləcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Aquero Premyer Liqanın 30-cu turunda "Bernli" ilə matçda (5:0) dizindən zədə alıb. O, cari mövsüm komandası ilə 32 matç keçirib və 23 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest