23 İyun 2020, 13:29
FUTBOL
"Borussiya" "Real"ın müdafiəçisi Əşrəf Hakiminin icarə müddətini uzatmağı planlaşdırır. Matc.az "Bild"ə istinadən xəbər verir ki, Dortmund klubu mərakeşli futbolçunu buraxmaq istəmir.
Məlumata görə, "sarı-qaralar" "Real"la danışıqlara başlayıb. Rəhrbərlik Hakimini daha bir il komandada saxlamaq niyyətindədir. Müqavilə ilə Madrid təmsilçisinə məxsus olan 21 yaşlı futbolçu mövsüm sonu İspaniyaya qayıtmalıdır.
Qeyd edək ki, Hakimi, 2019/20 mövsümündə "Borussiya"da 41 matç keçirib və 9 qol vurub.