"çelsi"nin yarımmmüdafiəçisi Villian mövsüm sonunda komandadan ayrıla bilər. Matc.az "Daily Mail"ə istinadən bildirir ki, "Mançester Yunayted" futbolçuya müqavilə təklif etməyə hazırlaşır.

Villianın London klubu ilə sözləşməsi bu ayın sonu bitir. Braziliyalı hələ də "çelsi" ilə müqavilə uzatmayıb. Bu səbəbdən də "qırmızı şeytanlar" oyunçunu transfer etmək niyyətindədir.

Mançester təmsilçisinin yaxın günlərdə 31 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayacağı və ona müqavilə təklif edəcəyi bildirilir.

                                                                                                                          

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest