PSJ "Real"ın yarımmüdafiəçisi Takefusa Kubonu heyətinə qatmaq istəyir. Matc.az AS-a istinadən xəbər verir ki, Paris təmsilçisinin idman direltoru Leonardo 19 yaşlı futbolçu ilə maraqlandıqlarını təsdiqləyib.

Bildirilir ki, "Real" gənc yarımmüdafiəçini satmaq niyyətində deyil. Fransa klubu Kubonu transfer etmək üçün oyunçunun müqaviləsindəki 250 milyon avro sərbəst qalma bədəlini ödəməlidir. PSJ isə bu rəqəmi verməkdən imtina edib.

İcarə əsasında "Malyorka"da çıxış edən yaponiyalı futbolçu cari mövsüm komandanın heyətində 28 oyun keçirib və 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest