Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton" komandanın digər forvardı Leo Bonatini ilə yolları ayırıb. Matc.az xəbər verir ki, baş məşqçi Nonu Eşpirito Santo oyunçuyla çalışmaq istəməyib.

İcarə əsasında "Gimaraeş"də çıxış edən braziliyalı forvardın İngiltərəyə qayıtması gözlənilirdi. Ancaq portiquqaliyalı mütəxəssis onu komandada görmək istəmir.
 
Baş məşqçinin növbəti mövsümə 3 ön xətt oyunçusu - Raul Ximenes, Renat Dadaşov və Leonardo Kampanya ilə başlamağı planlaşdırdığı bildirilir.
 
Qeyd edək ki, "Vulverhempton" hazırda 46 xalla Premyer Liqada 6-cı pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest