İngiltərə çempionşipində komandaların məşqçilər heyəti, futbolçuları və əməkdaşlarından götürülən növbəti analizlərin nəticələri açıqlanıb.
 
Matc.az xəbər verir ki, bu dəfə 2 klubdan ümumilikdə 3 nəfərdə koronavirus aşkarlanıb.
 
Bu barədə İngiltərə Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Adları açıqlanmadığından, onların futbolçu olub-olmadıqları bilinmir. Həmin şəxslər artıq karantinə alınıblar.
 
Test nəticələri neqativ çıxanların isə oyunlarda və məşqlərdə iştirakına heç bir qadağa qoyulmayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest