"Vulverhempton"un hücumçusu Raul Ximenes mövsüm sonunda klubu tərk edə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik meksikalı futbolçununun qiymətini açıqlayıb.

Bildirilir ki, 29 yaşlı forvardı heyətinə qatmaq istəyən 100 milyon avro ödəməlidir. Ximeneslə "Yuventus"un yaxından maraqlandığı vurğulanıb.

Meksikalı futbolçu daha əvvəlki açıqlamasında "Real" və ya "Barselona"dan təklif gəldiyi təqdirdə, bu fürsəti qaçırmayacağını söyləyib.

Qeyd edək ki, millimizin hücumçusu Renat Dadaşov da Premyer Liqa klubunun formasını geyinir. O, hələ ki komandanın əsas heyətinə düşə bilməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest