25 İyun 2020, 09:53
FUTBOL
"Neftçi"nin sabiq futbolçusu Slavko Braliç "Voyvodina" klubunun heyətində Serbiya Kuboku finalında "Partizan"la qarşılaşıb. Matc.az xəbər verir ki, oyunun əsas vaxtı 2:2 hesablı heç-heç ilə bitib.
Braliçin formasını geyindiyi "Voyvodina" penaltilər seriyasında rəqibindən üstün olub - 4:2. Xorvatiyalı futbolçu görüşə start heyətdə başlayıb və sona qədər meydanda qalıb.
Qeyd edək ki, Slavko Braliç 2018/2019 mövsümü ərəfəsində "Neftçi" ilə bir illik müqavilə bağlayıb, 2019-cu ilin əvvəlində onun sözləşməsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.