"İnter" Aleksis Sançesi heyətdə saxlamaq niyyətindədir. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, rəhbərlik çilili futbolçunun icarə müddətini uzatmaq istəyir.

"İnter"in Sançesin bir il daha komandada qalması üçün "Mançester Yunayted"lə danışıq apardığı bildirilir. "Qırmızı şeytanlar"ın onun maaşının azaltma istəməsi 31 yaşlı oyunçunun İtaliyada oynamağa davam edəcəyi ehtimalını artırır.

Qeyd edək ki, Sançes 2019/20 mövsümündə "İnter"də 16 oyun keçirib və 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest