26 İyun 2020, 09:24
FUTBOL
Almaniyalı mütəxəssis Rayner Kraft Azərbaycan millisinin təklifini geri çevirib. Matc.az "Teckbote" nəşrinə istinadən xəbər verir ki, bu barədə baş məşqçi özü açıqlama verib.
O bildirib ki, U-17 millimizi çalışdırması üçün ona Azərbaycandan təklif gəlib. Ancaq həmin vaxt - 2010-11 mövsümündə ölkəsinin "VFL Kirhhaym" komandasının baş məşqçisi olduğu üçün təklifi geri çevirdiyini vurğulayıb.
Qeyd edək ki, Rayner Kraft müxtəlif vaxtlarda AFFA-nın təşəbbüsü ilə keçirilən UEFA-nın A kateqoriyalı lisenziya kurslarına rəhbərlik edib.