26 İyun 2020, 12:31
FUTBOL
"Sabah" qapıçısı Saşa Stamenkoviçlə müqaviləni yeniləyib.
Matc.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli qapıçı ilə 2019/20 mövsümünün sonunda bitən müqavilə müddəti bir illik uzadılıb.
2018-ci ildən "Sabah"ın uğurları üçün çalışan serbiyalı qolkiper, oyun sayına görə klubun rekordçusudur. Saşa "Sabah"da ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) meydana çıxıb.