"Bavariya"nın müdafiəçisi David Alaba "çelsi"nin maraq dairəsinə düşüb. Matc.az xəbər verir ki, London klubunun baş məşqçisi Frenk Lempard futbolçunu komandada görmək istəyir.

Bildirilir ki, 28 yaşlı futbolçu mövsüm sonu Almaniyadan ayrılacaq. Müqaviləsi bu ay başa çatacaq futbolçuya Münxen təmsilçisi yeni sözləşmə təklif etməyib.

Oyunçunun karyerasını Premyer Liqada davam etdirməyə yaxın olduğu bildirilir. Alabanın da "çelsi"də oynamağa müsbət yanaşdığı vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest