"Keşlə" klubu daha iki futbolçusu ilə müqavilənin müddətini uzatdığını açıqlayıb. 
 
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Rəşad Əzizli və müdafiəçi İlkin Qırtımov növbəti mövsüm paytaxt təmsilçisinin şərəfini qoruyacaq. 
 
Qeyd edək ki, "Keşlə" buna qədər Vüsal İsgəndərli, Ruslan Əmircanov, Tərlan Quliyev, Azər Salahlı, Con Kamara və Miyusko Boyoviçlə müqaviləni yeniləyib. Komanda Tural Axundov və Şəhriyar Əliyevi heyətinə cəlb edib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest