26 İyun 2020, 17:47
FUTBOL
Qazaxıstan çempionatının bərpa olunacağı tarix müəyyənləşib. Matc.az Qazaxıstan Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mövsüm iyulun 1-də start götürəcək.
Artıq çempionatın bərpası üçün təlimat hazırlandığı bildirilib. Bütün oyunlar azarkeşsiz keçiriləcək və stadiondakı işçilər məhdud sayda olacaq.
Qeyd edək ki, Qazaxıstan çempionatı martın 16-da koronavirus pandemiyasına görə dayandırılıb.