"Napoli" "Roma"nın futbolçusu Cengiz önderi heyətinə qatmaq istəyir. Matc.az "Sky Sport"a istinadən xəbər verir ki, klub Türkiyə millisininin üzvünü Xose Kalexona əvəzedici kimi görür.

Bildirilir ki, ispaniyalı oyunçu mövsüm sonu komandadan ayrılacaq. Daha öncə futbolçu özü də bunu təsdiqləmişdi. Baş məşqçi Cennaro Qattuso isə onun əvəzinə heyətə Cengiz öndərin cəlb edilməsini tələb edib.

Qeyd edək ki, türkiyəli yarımmüdafiəçi cari mövsüm "Roma"da 21 oyun keçirib və 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest