İspaniya Sequndasında XVII tur davam edir. Matç.az saytının məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Alkorkon" da növbəti matçını keçirib.

Komanda "Reus Deportiu"nu qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matça start heyətində başlayan və 90 dəqiqə meydanda olan Eddi 72-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, 17 oyundan sonra aktivində 33 xal olan "Alkorkon" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest