"Qələbə qazanmaq istəyirdik. Bəzi taktiki gedişlər vardı, onları yerinə yetirə bildik. Lakin qol vura bilmədik. Oyundan razı qaldım, amma nəticə bizi qane etmədi. önümüzdə qış fasiləsi var. Komanda qışdan sonra qələbələri sıralayacaq. Buna inanırıq". Matç.az saytı xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XIV turunda "Səbail" ilə səfərdə qolsuz heç-heçədən sonra deyib.

 

38 yaşlı mütəxəssis bildirib ki, qış fasiləsində komandanı heç kim tərk etməyəcək: "O qədər də geniş heyətimiz yoxdu. Yeni futbolçular gələ bilər".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest